Yusif Səfərov küçəsində bu səhər 09:40-da baş verən qəza anı anbaan kameraya düşüb.

Unikal.org xəbər verir ki, baku.ws saytına göndərilən videodan görünür ki, "Mercedes" markalı maşın dönmə əməliyyatı edərkən digər Mercedes markalı maşınla toqquşur. Zərbənin təsirindən maşın əks yola atılaraq qarşıdan gələn avtomobillərin yoluna çıxır.

Xoşbəxtlikdən "Mercedes" qəza nəticəsində qarşı yola keçərkən onun qarşısında avtomobil olmayıb. Əks halda qəzanın miqyası və fəsadları daha böyük ola bilərdi.

Videonu daimi oxucumuz Orxan Xəlilov göndərib.