Xəbər verdiyimiz kimi, "Maşın realiti-şosunun finalı olub.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, bütün iştirakçılar final günü bir araya gəliblər. Amma müğənni Elton Hüseynəliyev proqrama qatılmayıb.

Verilişin aparıcısı Murad Dadaşov ifaçının prodüseri Tolikə "Niyə Elton gəlmədi sualını ünvanlayıb.

Tolik isə buna səbəb E.Hüseynəliyevin Bakıda olmamasını göstərib. O bildirib ki, müğənni hazırda İstanbuldadır.

E.Hüseynəliyev "Maşın şounu ilk tərk edən iştirakçı olub. Səs toplaya bilməyən sənətçi yarışmadan getdikdən sonra qalmaqallı açıqlamalar verib. O bildirib ki, oyundan getməsi M.Dadaşovun quraması olub.