Bolqarıstanın "Bulqartransqaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Balkan" qovşağına qaz tədarükünün həcmi barədə danışıqlara başlayıb.

Unikal.org trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov deyib.

Nazir müavini qeyd edib ki, Bolqarıstan şirkəti "Şahdəniz 2" yatağının azad ehtiyatlarının istifadəsi barədə danışıqlar aparır. Onun sözlərinə görə, danışıqlar hələlik başlanğıc mərhələdədir.

Qeyd edək ki, Xəzər regionundan gələn qaz Bolqarıstana bu ölkə ilə Yunanıstan arasındakı yeni IGB qaz kəməri vasitəsilə çatdırılacaq.

Layihənin dəyərinə gəldikdə isə, J.Stankovun sözlərinə görə, o, 240 milyon avro dəyərində ölçülür.