Amerikalı kinorejisor Con Evildsen vəfat edib.

Unikal.org xəbər verir ki, Con məşhur "Rokki" filminin rejissoru olub. 81 yaşında Los-Ancelesdə dünyasını dəyişən rejisor mədəaltı vəzin xərçəngindən əziyyət çəkirdi.

Evildsen İllinoys ştatında anadan olub. Karyerasına rejissor asistenti kimi başlayıb. 1970-ci ildə kiçik büdcəli "Co" trilleri onun ilk uğurudur.

1976-cı ildə lentə aldığı "Rokki" filmi ona böyük uğur gətirdi. Filmdə baş rolu Silvestr Stallone oynayıb. Bu filmə görə Evidsen 10 nominasiyada "Oskar"a namizəd olub və 3 mükafat qazanıb. Onlar arasında ən yaxşı rejissor işi də var. 1990-cı ildə Evildsen Rokki Balboa haqqında 5-ci filmi çəkir.(ölke.az)