Bərdədə qədim abidə aşkarlandı - VİDEO

17 Iyun 2017 [19:58]


Bərdə rayonunda əkin sahəsindən 2500 ilə yaxın yaşı olan abidə parçası-daş tapılıb.

Unikal.org Xezerxeber.az istiadən xəbər verir ki, üzərində qeyri-adi yazılar və rəqəmlər olan daş Bərdənin Soğanverdilər kəndində subartezian quyusunun yaxınlığında aşkarlanıb. Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Qədim daşının üzərindəki işarələrin oxunması üçün Milli Elmlər Akademiyasının tarixçi alimlərinə müraciət edilib. Hələlik yazını müəyyənləşdirmək mümkün olmayıb. Tarixçilərin ilkin araşdırmasına görə, bu daşın yaşı 2500 ilə yaxındır.

Daşın çəkisi təqribən 500 kiloqrama yaxındır. Onun daha ətraflı araşdırılması üçün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.











SON XƏBƏRLƏR davamı
2017-12-13
2017-12-12










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)