Abşeron rayonu ərazisində yerləşən "Abşeron Gənclər Şəhərciyində intihar hadisəsi baş verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 21.00 radələrində baş verib. 

Məlumata görə, 26 yaşlı Əli adlı şəxs özünü 11 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən özünü yerə atıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

İntihar edən şəxs özəl şirkətlərdən birində çalışıb.