Türkiyədə güclü zəlzələ olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ege dənizində Türkiyə vaxtı ilə saat 22.50 (Bakı vaxtı ilə 23:50) radələrində 5,3 bal gücündə baş verib. Zəlzələ İzmir mərkəzdə də hiss edilib.

 Ege dənizində həmçinin saat 22.33-da (23:33)4.2  bal gücündə zəlzələ olub. 

Yerin 7.02 kilometr dərinliyində meydana gələn zəlzələnin ardından saat 22.37-də (23:37) 3.4 bal gücündə daha bir silkələnmə meydana gəlib. 

Zəlzələlər bölgədə narahatlığa səbəb olub.