Tovuz sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, S.Məmmədov toy məclisində baş vermiş münaqişə zamanı bıçaqlanıb. O, hadisə baş verən zaman sərxoş olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.