"The Karate Kid" və "Rocky" filmlərini çəkən John G. Avildsenin, 81 yaşında pankreas xərçəngindən həyatını itirdi.

Unikal.org xəbər verir ki, John G. Avildsenın oğlu Anthony Avildsen atasının pankreas xərçəngindən həyatını itirdiyini açıqlayıb.

G. Avildsen Rocky filmiylə 1977-ci ildə Oscarda ən yaxşı rejissor mükafatını qazanıb. Bu filmdə oyunçu Sylvester Stallone Hollywood kinosunun ən məşhur aktyoru olmuşdu.

Xatırladaq ki, John Guilbert Avildsen 21 dekabr 1935-ci ildə ABŞ-da anadan olub. O, New York Universitetində təhsil alıb. 1977-ci ildə Rocky filmi ilə dünyanın ən yaxşı rejissor mükafatına layiq görülüb.