Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 43 nəfərə çatıb.

Unikal.org-un məlumatına görə, bu barədə "Publico" nəşri ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yanğınlar zamanı ölənlərin sayı 43, yaralıların sayı isə 59 nəfərə çatıb.

****
14:37

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 57-yə çatıb və yaralıların sayı isə hələki dəyişməyib.

16:50
Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb.

Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb. Məlumata görə, hələlik yanğınların qarşısını almaq mümkün olmayıb.