İqtisadiyyat naziriŞahin MustafayevAvropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarıYohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Ş. Mustafayev görüşdə Azərbaycan vəAvropa İttifaqıarasında əməkdaşlığın bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyini, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu söyləyib.

Qeyd olunub ki,Avropa İttifaqıölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 38%, ölkəmizin qeyri-neft sektoruna birbaşa investisiya qoyuluşunda isə 35%-dir. Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq sənədləri, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviq və qorunması haqqında sazişlər imzalanıb. Azərbaycanın dövlət qurumları texniki yardım alətləri çərçivəsində əməkdaşlıq edir. Ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqıbiznes forumu iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətlidir.

İqtisadiyyat naziri Azərbaycanın nəqliyyat və energetika sahələrindəAvropa İttifaqıilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirildiyini, limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcəyini və bunun üçün müvafiq hüquqi rejimin yaradıldığını, eləcə dəBakı-Tbilisi-Qarsdəmir yolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən Ş. Mustafayev Azərbaycan üçün qeyri-neft sektorunun prioritetliyini vurğulayıb, ölkə iqtisadiyyatının diversifikasiyası, eləcə də son zamanlar həyata keçirilən kompleks islahatlar barədə məlumat verib. Bildirilib ki, AzərbaycanAvropa İttifaqıilə iqtisadiyyatın və ixracın diversifikasiyası, qeyri-neft ixracının və investisiyaların təşviqi, sahibkarlığın inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Y. Han əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan vəAvropa İttifaqıarasındakı yeni tərəfdaşlıq sənədi əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq. Y. Han İqtisadiyyat nazirini Brüsselə səfərə dəvət edib.

Görüşdə Azərbaycan iləAvropa İttifaqıarasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafına, viza rejiminin sadələşdirilməsinə, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədinə dair fikir mübadiləsi aparılıb.