15 Noyabr 2018
14 Noyabr 2018
Natavan və onun həyat yoldaşı repçi "Dado" - FOTOLAR
SİYASƏT 13:57 / 18.06.2017

Tanınmış müğənni Natavan Həbibinin instaqramda paylaşdığı foto şou gündəmini zəbt edib. Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

Unikal.org "qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni "S” qeyd olunub.

Bundan əlavə, Dado da rəsmi instaqram səhifəsində sözügedən fotonu paylaşıb

Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş "Yat, dostum” adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər