Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən unikal.org-a verilən məlumata görə, dərhal qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş, şəxsiyyəti məlum olmayan qadının cəsədini aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 13:28-də başa çatmışdır.