Almaniya polisi Ştutqart aeroportunda Bolqarıstan marşrutu üzrə uçan təyyarədə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "Stuttgarter Zeitung nəşri məlumat yayıb.

Şübhəlilərin yaşı və milli mənsubiyyətləri barədə heç bir məlumat verilməyib. Faktla bağlı araşdırma aparıldığı bildirilib.