Qrenlandiyanın qərb sahilində baş vermiş zəlzələ və sunamidən sonra azı 4 nəfər itkin düşüb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KNR radiosunun saytında məlumat yerləşdirilib.

"Gecə baş verən daşqınlardan sonra azı 4 nəfər itkin düşmüş hesab edilir", -” deyə məlumatda qeyd olunur.

Polisdə ölənlər barədə məlumat yoxdur. Bildirilir ki, ikisi ciddi olmaqla 9 nəfər xəsarət alıb.

Dörd bal gücündə zəlzələ Nuuqaatsiak qəsəbəsindən 30 km. aralıda baş verib. Sunami səbəbindən bu yaşayış məntəqəsində 11 evə ziyan dəyib.