Avstraliya höküməti 2004 və 2010-cu ildə 2 körpəni öldürən barədə polisə xəbər verən şəxslərə 1 milyon Avstraliya dolları vəd edib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Daylan Robert Ceyms Lindsey adlı körpə 2004-cü ildə 11 aylıq ikən öldürülüb. Sənədlərdə qeyd edilir ki, uşaq və böyük bacısı narkotik aludəçisi anaları tərəfindən dostunun evinə qoyulub. Kimsə qarın nahiyəsi göyərən uşağın bu bölgələrini qələmlə rəngləyərək örtməyə çalışmışdı. Hadisədən sonra 2 nəfər həbs edilmiş, lakin sübut azlığından sərbəst buraxılmışdı.

2010-cu ildə 18 aylıq Lili Cin Şetini evində ölü tapılıb. Hadisə zamanı anası, atası, bacısı, qardaşı və bir qadın, bir kişi qonaq olan evdə qətlin kim tərəfindən törədildiyi hələ də bilinmir.

Polis pul mükafatı vədindən əlavə hadisələr barədə məlumatı olanlardan kömək istəyir. (qaynarinfo.az)