Fransada keçirilən parlament seçkilərinin ikinci turun ilkin nəticələri açıqlanıb.

Unikal.org-un məlumatına görə, ölkə prezidenti Emmanuel Makronun "İrəli, Respublika" hərəkatı inamla qalıb gəlir.

Bülletenlərin 56,76% hesablanmasından sonra "İrəli, Respublika" 41,25% seçici səsi toplayıb. İkinci yerdə 22,59% səslə "Respublikaçılar" partiyası yerləşib. Marin Le Penin "Milli Cəbhə partiyası 9,93% səslə üçüncü yerdədir.