Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 21015" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, "VAZ 2106"nın sürücüsü Əliyev Yadigar müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.