Bakıda intihar olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsində Naxçıvan sakini, 1979-cu il təvəllüdlü Anar Məmməd oğlu Məmmədov yaşadığı evdə məftillə özünü asıb. A. Məmmədov özünə qəsd etməzdən əvvəl məktub yazıb. Məktubda o ölümündə heç kimin günahı olmadığını bildirib.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.