Paytaxtın Sabunçu rayonunda yaşlı qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Hacıyeva Təranə Yusif qızı Zabrat qəsəbəsində yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.