"Efirdən düşməyən müğənnilər qorxaqdılar".

Unikal.org xəbər verir ki, metbuat.az-a açıqlama verən müğənni Aytac Vidadiqızı yeni təqdim etdiyi fotosessiyanın bir müddət əvvəl işıq üzü görən "Qədrimi bil mahnısının davamı olduğunu açıqlayıb:

"Sevinirəm ki, "Qədrimi bil mahnım marağa səbəb oldu. Yeni bəstəm bir neçə həftədir təqdim olunsa da, artıq müsbət rəylər alıram. Sənətçi üçün bundan gözəl nə ola bilər?! Elə bu fotosessiyamı da məhz "Qədrimi bil mahnım üçün etdim. Sizə bir sirr açım. Əlsində, "Qədrimi bil bir layihədir. Hazırda adıçəkilən mahnıma ekran həyatı verməyi də düşünürəm. Bu işlərin hələ davamı da olacaq. Yaxın zamanda eyniadlı albomum da işıq üzü görəcək. Bununla da "Qədrimi bil layihəsi yekunlaşacaq. Amma bilmək olmaz, bəlkə də, yekun konsert oldu.

Öz ünvanına tənqidlər eşidənAytac Vidadiqızıbəzilərinə ismarış yollamağı da unutmadı:

"Çoxları məni tənbəl adlandırır. Mənim üçün önəmli olan mahnının keyfiyyətidir. Nə gəldi oxumaq mənlik deyil. Mən Vidadi Bərdəlinin qızıyam. Musiqi mənim qanımda axır. Keyfiyyətsiz və ya nə gəldi oxuya bilmərəm. Tez-tez görünməsəm, bəziləri kimi tamaşaçının gözünü mazol etməsəm də, görünəndə səviyyəli və keyfiyyətli musiqi ilə çıxıram. Efirdən düşməyən müğənnilər qorxaq müğənnilərdir. Onlar unudulmaqdan qorxur. Mənim isə bu qorxum yoxdur. Mənim adımın üstündə atamın adı möhürdür. Bu ad dağ kimi mənim sənətimin arxasında dayanıb. Mən istəsəm də, unudula bilmərəm.