Mərhum müğənni Barış Mançonun oğlu Doğukan Manço atasının onlara qoyub-getdiyi mirasdan danışıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, Barış Mançonun incəsənət əsərlərinə maraq göstərdiyini deyən Doğukan atasının onlara rus tablolarını miras qoyduğunu deyib:

"Bir gün atam hər gün gördüyüm tablolardan bəhs etməyə başladı. "Bax, bunlar rus rəssamların əsərləridir. Onlar çox qiymətli əsərlər yaradıb. Mənim sizə qoyacaq, nə fabrikim, nə də zavodum var. Bu tablolar əliniz dara düşəndə sizə kömək edəcək yeganə mirasımdır dedi. Amma şükür ki, biz o tabloları satmadıq və Barışsevərlərə nümayiş etdirdik.