"Zaman" Teatrının direktoru, bədii rəhbəri Hacı Nizami Mirsalayev vəfat edib.

Unikal.org  xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, Hacı Nizami Mirsalayev 1957-ci ildə Lənkəranda dünyaya gəlib. Orta məktəbi orada tamamlayıb. Bakı şəhərində İncəsənət Universitetini bitirdikdən sonra Musiqili Komediya Teatrında uzun illər fəaliyyət göstərib. Sonradan 2000-ci ilin yanvar ayından teatrda fəaliyyətə başlayıb, "Zaman" Teatrında bədii rəhbər vəzifəsində olub. Nizami Mirsalayev Xalq artisti Arif Quliyevin satira teatrında onunla birgə səhnəni bölüşməsi ilə də tanınıb