Həndbolçularımız Bolqarıstanda məğlub oldu

19 Iyun 2017 [13:44]


Bolqarıstanda keçirilən kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı başa çatıb. 

Unikal.org-un məlumatına görə, Azərbaycan millisi yarışı 10-cu yerdə başa vurub.

Belə ki, qrup mərhələsində uğursuz çıxış edən komandamız 9-16-cı yerlər uğrunda qarşılaşmada Ermənistanla (39:21) İrlandiyaya (41:33) qalib gəlsə də, Moldova ilə bacarmayıb. 9-cu yer üçün görüşdə həndbolçularımız 31:45 hesabı ilə uduzublar.

Yarışın qalibi adını isə Farer adaları qazanıb. Onlar finalda Türkiyəni məğlub ediblər – 26:25.

Yarışın yekun siyahısı belədi:

1. Farer adaları
2. Türkiyə
3. Kosovo
4. Kipr
5. Bolqarıstan
6. Çin
7. Lüksemburq
8. Gürcüstan
9. Moldova
10. Azərbaycan
11. Böyük Britaniya
12. İrlandiya
13. Malta
14. Andorra
15. Albaniya
16. Ermənistan










SON XƏBƏRLƏR davamı
2017-12-13
2017-12-12










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)