SON XƏBƏRLƏR
22 Iyun 2018
21 Iyun 2018
Bakıda bazarda satıcılar arasında QANLI DAVA
HADİSƏ 13:56 / 19.06.2017
Bakıda bazarda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonunda yerləşən bazarda satıcı kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Məlum olub ki, Ş.Məmmədovu bazarda satıcı kimi işləyən 29 yaşlı Elnur Hacıyev bıçaqlayıb və o saxlanılıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.