Bakı-Ələt-Astara yolunda yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza yolun Ələt istiqamətində olan hissəsinə qeydə alınıb. Belə ki, içərisində sərnişinlər olan "Ford" markalı, 99-HM-043 dövlət nömrə nişanlı mikroavtobusla,  daşla yüklü olan 12-BE-342 nömrə nişanlı "Kamaz" toqquşub. 

Xəsarət alanlar var. Əraziyə təcili tibbi yardım çağrılıb.