SON XƏBƏRLƏR
24 Aprel 2018
23 Aprel 2018
"...münaqişə zonasında ümumi vəziyyəti..." - Həmsədrlərdən BƏYANAT
SİYASƏT 18:12 / 19.06.2017
ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.

Unikal.org-un məlumatına görə, bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakir etmək olub.

Həmçinin qeyd olunub ki, vasitəçilər nizamlama prosesi ilə bağlı görüləcək işləri müzakirə etmək üçün yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyi də planlaşdırırlar.