Özünü niyə öldürdü? - Bakı metrosundakı dəhşətli intiharın DETALLARI

19 Iyun 2017 [18:47]


Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.

 Unikal.org lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində - metrostansiyanın yaxınlığında yaşadığı məlum olub.

Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırmış. Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın həm ahıl kişinin məişət qayğılarını həll edirmiş, həm də onun evdən uzaqlaşmamasına nəzarət edirmiş. Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.

Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.









SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM