Vaxt bu gün başa çatır - XƏBƏRDARLIQ

19 Iyun 2017 [19:23]


Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrların xəbardarlıq edib.

DİM-dən Unikal.org-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır.

Xatırladırıq ki, ixtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 23:59-dək davam edəcək.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.










SON XƏBƏRLƏR davamı
2017-10-19
2017-10-18












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.76%)
Xeyir (88.24%)


TƏQVİM