Fransanın şərqində "Büje"atom elektrik stansiyasında yanğın baş verib.

Unikal.org-un "Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nüvə reaktorunun damında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İlkin məlumata əsasən, zərərçəkən yoxdur. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.