Bu gün Konfederasiyalar Kuboku - 2017-də daha bir oyun baş tutub.

Unikal.org-un məlumatına görə, B qrupunun ikinci matçında Almaniya Avstraliya ilə qarşılaşıb.

Asiya kubokunun qalibi kimi turnirə qatılan Avstraliya dünya çempionu olaraq yarışa gələn və əsas favoritlərdən biri olan Almaniya qarşısında mübarizə aparsa da, qələbə qazana bilməyib. "Bundestim" zaman-zaman çətinlik çəkdiyi oyundan 3:2 hesablı qələbə ilə ayrılmağı bacarıb.