Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.

Unikal.org-un "Sky News-a istinadən verdiyi xəbərə görə, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.

Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.