Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirin Sur bölgəsində qeydə alınıb.

İçərisində polis əməkdaşlarının olduğu mikroavbotusun qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Yaralılardan 9-nun polis olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşları əməliyyatdan qayıdan zaman qəzaya düşüblər.