Astara sakinini cərəyan vurub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Tarzan Süleyman oğlu Zahirov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan onu vurub.

Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alan Tarzan Zahirov xəstəxanada ölüb.