Bakının Binəqədi rayonunda yaşlı kişini inək vurub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Qədimov Elyas Səyyad oğlu "Baksol yolu" ilə piyada gedərkən ona yanında sahibi olmayan inək hücum edib.

Nəticədə kişi qarnının ön divarı və döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.