Azərbaycanda olan avtomobillərin sayı açıqlanıb.

Unikal.org-un araşdırmasına görə, ümumilikdə ölkə üzrə 1milyon 330 min 551 ədəd avtomobil var. Bunların 698 min 941 ədədi Bakı şəhərinin (qəsəbələrlə birgə), 62 min 421 ədədi Abşeron iqtisadi rayonunun, 19 min 416 ədədi Abşeron rayonunun payına düşür. 

Bu rəqəm Sumqayıt şəhərində 41 min 997 ədəd təşkil edir. Naxçıvan iqtisadi rayonunda isə 39 min 584 ədəd avtomobil mövcuddur.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

Həsən Babayev