Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Məşədi Dadaş" məscidində 1999-cu il təvəllüdlü Nəcəfli Toğrul Vilayət oğlu həmyaşıdları ilə mübahisə edib. Nəticədə o, döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.