"Son günlər cəbhə xəttində baş verən məlum olaylar bədnam qonşularımızda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb. Belə bir vəziyyət, Ermənistanda 2017-ci ilin əvvəlində yaşanmışdı, bir də indilərdə"

Bildergebnis für Üzeyir cəfərov polkovnikUnikal.org bildirir ki, bu fikirləri hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O, qeyd edib ki, ATƏT və BMT boş və mənasız qurumlardır: " Ard-arda xeyli sayda döyüş və qeyri-döyüş şəraitində əsgər və zabit itkiləri ilə qarşılaşan haylar Ermənistanın siyasi-hərbi rəhbərliyinin gününü "qara əskiyə" bükmüşdülər. İndi də, cəbhədə verdikləri ciddi itkilər dolayısı hiss olunur ki, ermənilərdə bir psixoz atmosfer hökm sürür. Bunun davamını mütləq gətirmək lazımdır. Özü də, cəbhənin ayrı-ayrı istiqamətində. Bu ATƏT-di, BMT-di hamısı boş və mənasız qurumlardır. Nə vaxt bu beynəlxalq təşkilatlar öz Nizamnamələrinə, qəbul etdikləri sənədlərə əhəmiyyət verəcəklər, onda biz Azərbaycan dövləti və ictimaiyyəti olaraq onlara hörmətlə yanaşarıq. Hələliksə, bu qurumlar sırf erməni və havadarlarının maraqlarına uyğun hərəkət sərgilədiklərinə görə, biz öz bildiyimizi etməliyik. Yəni, işğalçı dövlətin əsgər və zabitlərini məhv etməklə onları çaşqın vəziyyətə salmalıyıq. Bunu etmək üçün isə müdafiə naziri general-polkovnik Zakir Həsənov yerlərdəki hərbi hissə və birləşmələrin komandirlərinə lazım olan göstərişləri verməlidir. Onsuz da düşmənlə təmas xəttində göz qırpmadan xidmət aparan əsgər və zabitlərimiz qarşı tərəfin bütün hərəkətlərini izləməkdə davam edirlər. Sadəcə o igid balaları maddi həvəsləndirmək lazımdır ki, onlar əvvəlkindən də daha şövqlə düşmənə qarşı sarsıdıcı zərbələr vursunlar".

Hərbi ekspert hesab edir ki, Azərbaycanın imkanlı insanları da hazırkı məqamda öz əsgər və zabitlərini, özü də Silahlı Qüvvələr günü öncəsi maddi həvəsləndirsələr çox gözəl olardı: "Onsuz da, bizim düşməni "başa salmaq" üçün ən uyğun və optimal yollarımızdan biri məhz onu davamlı şəkildə məhv etməyimizdir. Bu mənasız və prespektivsiz danışıqlara çox vaxt itirdiyimizdən indi daha müasir və optimal yol hesab edirəm, düşməni metodki şəkildə, davamlı məhv etmək, onu sarsıtmaqdır. Müharibə etməyə, torpaqlarımızı güc yolu ilə azad etməyə hələ ki, böyük dövlətlər o qədər də həvəsli görünmədikləri üçün təklif edirəm ki, bu üsüldan istifadə edək. Və sizi inandırım ki, tez bir zamanda bunun necə gözəl effekt verəcəyinin şahidi olacağıq. Bu deyilənləri yerinə yetirməklə yanaşı, ön xəttdə olan komandir və rəis heyətlərimiz də şəxsi heyətin həyatını qorumaq üçün bəzi əlavə tədbirləri həyata keçirməlidirlər. Sözsüz ki, son günlər verdikləri itkiləri və bundan sonra üzləşəcəkləri durumdan çıxmaq üçün namərd və xain qonşularımız bəzi addımlar atmağa hazırlaşırlar. Ona görə də, tez bir zamanda, elə bu saatlarda, bu günlərdə Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindəki bütün canlı qüvvə və texnikası MƏHV edilməlidir".