Azərbaycanda "Sülh elçisi adlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən animasiya çarxı hazırlanıb.

Unikal.org xəbər verir ki, çarxda əsas qəhrəman Azərbaycanın işğal edilmiş ərazisində yaşayan gənc erməni qızıdır. O öz xalqının azərbaycanlılara qarşı aqressiv davranmasını anlayır və qəbul edir, ermənilər tərəfindən darmadağın edilmiş Azərbaycanın tarixi və mədəni abidələrinə baş çəkir. Animasiyanın əsas qəhrəmanı məktub yazaraq "Ermənitsan-Azərbaycan Sülh Platformasına qoşulmaq qərarına gəlir. Lakin qızın atdığı addım onun üçün faciəvi sonluqla nəticələnir.

Animasiyada 3D qrafikasının köməyi ilə Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Natavanın Ev Muzeyi kimi tarixi-mədəni abidələr bərpa edilib. Animasiyada həmçinin Azərbaycana qarşı erməni ideoloqlarının aparıcı şəxslərindən olan Movses Akopyanın qrafikası əks olunub.

Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

 
Qeyd edək ki, bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Addım GİM İctimai Birliyinin həyata keçirdiyi "Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada layihəsi çərçivəsində hazırlanıb. "Addım Gənclərin İnkişaf Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə minnətdarlığını bildirir.