Müğənni Natavan Həbibi nişanlanması ilə bağlı xoşagəlməz fikirlər səsləndirən insanlara instaqramda cavab verib.

Unikal.org-un məlumatına görə, reper Səid Əliyevlə (Dado) evlənməyə hazırlaşan sənətçi bildirib ki, onun haqda deyilən fikirlər sənətçi üçün önəmli deyil:

"Heç yadıma gəlmir ki, kimisə yığıb deyim ki, sənin şəxsi həyatınla bağlı fikrim var. Görəsən insanlar niyə düşünür ki, onların dediklərimənə maraqlıdır? "Bilmirsiz? Günün sualı budur. Xoşum gəlməyən rəyləri "blok edəcəm. Bu gün ürəyim belə istəyir.