Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəhbəri Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Yaşar İsakovdan öncə Beynəlxalq Avtovağzalının mətbuat əlaqələndiricisi və növbə rəisi vəzifəsində Məhəmməd Abdullayev olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, M.Abdullayev Nəqliyyat Nazirliyinin ləğv edildikdən sonra vəzifəsin itirib. O hazırda Avtovağzalda adi işçi ştatında çalışır.

Məsələ ilə bağlı Məhəmməd Abdullayev unikal.org-a bildirib ki, Yaşar İsakovun təyinatından sonra sözügedən struktura o, rəhbərlik etmir: "Hazırda işimin başındayam. Vəzifəm isə növbə rəisidir. İşimdə isə heç bir problem yoxdur.