Xəbər verdiyimiz kimi, "Müsavatqəzeti Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, "Aqrarkredit Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin, "Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü Məmməd Musayev barəsində "həbs oluna bilər başlığı ilə yazı dərc edib.

Məsələ ilə bağlı M.Musayev Unikal.org-a açıqlamasında deyib ki, barəsində yayılan məlumatlar əsassızıdr: 

"Mən işimin başındayam. Hər yazılanlara fikir vermirəm. Lazım gələrsə, rəsmi münasibətdə bildirəcəyik. Şaiə həmişə olub. Nə yazırlar yazsınlar. Boş şeyə mən nə münasibət bildirməliyəm? Bir neçə ay bundan əvvəl mənim fəaliyətimə dövlət başçısı qiymət verdi. Cənab prezident İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyim töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətimə görə məni 2-ci dərəcəli "Vətənə xidmətə görə orden ilə təltif etdi. Bu sözlərin qarşısında mənə başqa sual verməyin. Sağ olun.