Ötən gün paytaxt restoranlarından birində "Brend Media" mükafatlandırma mərasimi keçirilib. 

Unikal.org bildirir ki, tədbirdə müxtəlif sahənin nümayəndələri mükafatla təltif olunub. Mükafatlandırılanlar  arasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da var. O, "Polis jurnalisti" nominasiyası üzrə təltif edilib.