İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin təşəbbüsü ilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib.

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova unikal.org-a bildirib ki, qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.

Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarında, mütəmadi olaraq, qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.