Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci martın 24-də Yasamal rayonu ''Qanlıgöl'' yaxınlığında kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerində ölüb.

Ə.Quliyev istintaqa ifadəsində deyib ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının laqeydliyini qəbul edə bilməyən Ə.Quliyev arvadını bıçaqlayıb.