Türkiyədə polis maşını ağır yol-nəqliyyat hadisəsi törədib.

Unikal.org-un Doğan Xəbər Agentliyinə istinadən məlumatına görə, Diyarbəkirin Lice vilayətində polis avtomobili ilə mülki avtomobil toqquşub. Nəticə də 5 mülki vətəndaş həyatını itirib. 5 polis isə ağır yaralanıb. Yaralılar Mərkəzi Xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.