İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi "Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra iftar süfrəsi açılıb.