Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonun Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya verdiyi xəbərə görə, "VAZ 2106 markalı minik avtomobili ilə "Shachman yük avtomobili toqquşub.

Nəticədə "VAZ 2106 markalı avtomobildə olan iki nəfər dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. Ölənlərin adları və hadisənin təfərrüatları müəyyənləşdirilir.