Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, ölkə başçısının mükafatlandırdığı hərbçilər arasında aprel döyüşlərində şüracət göstərən gizir Əli Eynullayev də var. O, "İgidliyə görə medalı ilə təltif edilib.

1987-ci ildə Biləsuvar rayonunda anadan olan gizir Eynullayev ötən ilin aprelində Tərtər istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirib. O, hərəkət etməkdə olan tankın önünə keçərək, döyüşə-döyüşə tankı arxasınca erməni postu istiqamətinə aparıb və ordumuz həmin postu ələ keçirib.