ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali muftisi Türki əl Bin Əlinin məhv edildiyini bəyan edib.

Unikal.org-un məlumatına görə, Türki əl Bin Əlinin mayın 31-də Suriyanın Mayadin şəhərində məhv edildiyi bildirilir.

Bəyanatda qeyd olunur ki, Türki əl Bin Əli əcnəbi terrorçuların qruplaşmaya cəlb olunması prosesində və dünyanın müxtəlif yerlərində terror aktlarının təşkilində yaxından iştirak edib. Onun İŞİD-in başçısı Əl Baqdadinin etibarlı adamı olduğu bildirilir.